“Meyvəli” bazarında yanğın - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

Bakının Qaradağ rayonu ərazisində “Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

20:15

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600