Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SON DƏQİQƏ! Nərminin qatili saxlanıldı - RƏSMİ/YENİLƏNDİ

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumatda deyilir:

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülmüşdür.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

11:40

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Yenicag.az-ın məlumatına görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

Dondar Quşçu kəndində azyaşlı qızın qonşuluqda yaşayan 36 yaşlı İlkin adlı şəxs tərəfindən öldürülməsi bildirilir.

Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır. Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Məlumata görə, həmin şəxs noyabrın 21-də itkin düşmüş və dekabrın 6-da axşam saatlarında Nərminin yanmış meyitini görən ilk şəxsdir.

İlkin adlı həmin şəxs psixi çatışmazlığı olan biri kimi xərakterizə olunur. Sakit təbiətli və özünə qapanmış şəxs olan İlkin ata-anası ilə yaşayır və hadisədə əsas şahid və şübhəli kimi saxlanılıb.

www.yenicag.az

9826
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM