Pakistan ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” Pakistan təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, İranın Pakistan ərazisinə məlum hücumundan sonra qarşı tərəf ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.
Pakistan silahlı qüvvələri İranın istənilən avantürasına qəti cavab verəcək.
Pakistan mediası bildirib ki, Pakistan ordusunun rəisi general Asim Munir Bəlucistan əyalətinin Kvetta şəhərindədir.
Bu gecə Pakistan ordusu İrana raket zərbələri endirib.
İranla gərginliyin artması fonunda Səudiyyə Ərəbistanı ABŞ və Pakistanı dəstəkləyir.
Onu da bildirək ki, Hindistan İrana dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, Pakistan İraq-İran müharibəsindən sonra İran ərazisinə açıq şəkildə hücum edən ilk ölkədir.
Xuraman Etibarlı
www.yenicag.az