!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son nəfəsədək” - Qarabağ haqqında film təqdim olundu - VİDEO/FOTO

!Reklam – Yazi

Nizami Kino Mərkəzində “Son nəfəsədək” filminin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət xadimləri, millət vəkilləri iştirak edib.

Ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov olan film real hadisələr əsasında lentə alınıb.

Filmin quruluşçu rejissoru Elnur Əliyev, quruluşçu operatoru Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları rol alıblar.

Filmin çəkilişləri Füzuli rayonunda, eləcə də Bakı şəhərində aparılıb.

Film maraqlı süjet xətti ilə diqqət çəkib: 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarının birində cəza çəkən Yavər doğma torpağına – Qarabağa, Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib. Erməni silahlıları dinc azərbaycanlılara divan tutub, sovet sülhməramlıları bölgəyə yeridilib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır.

Maraqla gözlənilən film tamaşaçıların böyük rəğbətini qazanıb.

Cəvahir

www.yenicag.az

4820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv