Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 800 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 2 884 nəfərdir.

Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600