Son üç saatda İrandan Azərbaycana 30-a yaxın şəxs təxliyə edilib - YENİLƏNDİ

media-hightechnic-468x90

Son üç ərzində Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub.

media-banner_tkm

Yenicag.az bu barədə “Report”a istinadən xəbər verir.

***

Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçid məntəqəsindən bir Fransa, yeddi Tacikistan və beş Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Həmçinin, martın 1-dən bu gün səhər saat 10-a qədər Astara sərhəd gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və iki Tacikistan vətəndaşı təxliyə olunub.

Hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05