Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.
Facebook istifadəçisi Cavid Ağazadə isə Hafiz Hacıyevin Bodrumda çəkilən fotolarını aşağıdakı şərhlə paylaşıb: “Bodrumda şortik geyinir, Bakıda isə bomba oğlan olur…Öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaranlar silsiləsindən…Bu söylədiklərini bunun özünə tətbiq etmək lazımdır…Bəlkə tövbə edər”.
www.yenicag.az