“Sosiologiya yalnız cəmiyyət arasında aparılan sual-cavabdan ibarət olmamalıdır”.
Yenicag.az xəbər verir ki, bunu “Qlobal Çağırışlar və Sosial Elmlər” mövzusunda keçirilən dəyirmi masada fəlsəfə elmləri doktoru, professor, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktoru İlham Məmmədzadə deyib.
Onun sözlərinə görə, müasir dövrün interneti mövcuddur.
“Bu vasitə insanlara istənilən informasiya və istənilən insana əlçatanlığı mümkün edir. Virtual dünyanın imkanlarından istifadə etmək vacibdir. Bir sözlə, sosiologiya sahəsində yeni reallıqlar yaratmağa ehtiyac var”,- deyə professor qeyd edib.
Nəsimi Ələsgərli
www.yenicag.az