!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Soydaş haqqında qanun qəbul olunmalıdır" - Əflatun Amaşov

!Reklam – Yazi

Millət vəkili Gürcüstanda yaşayan soydaşlarımızın təhsil məsələsini gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir sıra təkliflər irəli sürüb.

Əflatun Amaşovun sözlərinə görə, xaricdəki soydaşlarımızla əlaqələrimizin gücləndirilməsi və onların Azərbaycanla əlaqələrinin möhkəmlənməsi üçün müəyyən qanunların qəbuluna ehtiyac var:

“Hesab edirəm ki, bununla bağlı qanunun qəbulu müsbət bir hal olardı. Digər tərəfdən, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir sıra məqamlara diqqət yönəltmək istəyirəm. Bildiyimiz kimi, qonşu ölkədə yaranmış müəyyən gərginlikdən sonra orada yaşayan soydaşlarımız arasından Azərbaycana gələnlər oldu. Onlar həmin müddətdə Azərbaycanda yaşasalar da, hər hansısa bir statusa malik deyillər. Onlar nə geri qayıdıb Gürcüstan vətəndaşı ola bilirlər, nə də Azərbaycan vətəndaşlığı ala bilirlər. Onlar miqrant statusdadırlar. Təklif edirəm ki, onlara ya vətəndaşlıq verilsin, ya da ki geri qaytarılıb, Gürcüstan vətəndaşlığı almalarına kömək göstərilsin.

Bundan başqa, Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq məsələsinə də həssas yanaşmalıyıq. Çox təəssüf ki, Gürcüstandakı Azərbaycan məktəblərində ciddi kadr çatışmazlığı var. Hesab edirəm ki, həmin kadr çatışmazlığının aradan qaldırılmasında müəyyən işlər görməliyik. Ya xüsusi olaraq Gürcüstanda Azərbaycan məktəbləri üçün mütəxəssis hazırlayan bölmə açılmalıdır, ya da buradakı universitetlərdən birinin Gürcüstanda filialı açılmalıdır. Bununla da həmin problemin aradan qaldırılmasına səy göstərilməlidir. Çünki bizim oradakı soydaşlarımızın ana dilində təhsili çox mühüm məsələdir və bu məsələ bizim diqqətimizdən kənarda qalmamalıdır”.

A. Zeynalov

COP29

www.yenicag.az

6672
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv