Soydaşımız ermənilərin hücumuna məruz qaldı – VİDEO

media-hightechnic-468x90

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan soydaşımız ermənilərin hücumuna məruz qalıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, olay Nyu-York şəhərində yaşanıb.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gəncə bir qrup erməni hücum edib.

7 nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar.

Videogörüntüdə həmvətənimizin təkbaşına 7 erməni ilə əlbəyaxa dalaşdığı görünür.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa