Rusiyanın müdafiə naziri Şoyqu Ukraynada cəbhədə döyüşən qoşunları yoxlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı açıqlamada deyilir ki, Şoyqu hərbi hissələrin müvəqqəti dislokasiya olunduğu məntəqələrdə şəxsi heyətin və hərbi texnikanın yerləşdirilməsi şəraitini yoxlayıb.
Şoyqunun cəbhə xəttində əsgərlərlə görüşdüyünə dair məlumatların yer aldığı açıqlamada onun dərman və tibbi avadanlıqlarla bağlı da yoxlamalar apardığı bildirilib.
Qeyd edək ki, dekabrın 17-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada döyüşən qoşunların birləşmiş qərargahına baş çəkib, dekabrın 18-də isə Şoyqu Rusiya ordusunun ön cəbhəsində yoxlamalar aparıb.
www.yenicag.az