Soyuq müharibə təhlükəsi artıbmı?

media-hightechnic-468x90

elman-1_1403933760bghfbcvElman Nəsirov: “İndi soyuq müharibədən danışmaq hələ tezdir, amma…”

BMT baş katibi Pan Ki Mun Baş Assambleyada çıxışı zamanı bəyan edib ki, Ukraynanın şərqində baş verən konflikt Avropanın təhlükəsizlik və stabilliyini təhlükə altına qoyub, həmçinin, “soyuq müharibə”nin işartılarını dirçəldib. Görəsən, yaranmış bu vəziyyət sözün həqiqi mənasında yenidən söyüq müharibəyə rəvac verə bilərmi?

Yenicag.az-a açıqlamasında politoloq Elman Nəsirov dedi ki, soyuq müharibədən danışmaq tezdir, amma onun müəyyən elementləri də var: “Sovet İttifaqının dağılması ilə soyuq müharibə prosesi dayanıb. Sadəcə olaraq, indi ABŞ və onun müttəfiqləri ilə Rusiya arasında soyuq müharibə elementləri var. Soyuq müharibə isə ideoloji qarşıdurma vəziyyətidir və burada qüvvələr nisbəti də adekvat və oxşar vəziyyətdə olmalıdır. İndiki halda isə Qərblə münasibətlərində qarşı tərəf olan Rusiya adekvat vəziyyətdə deyil. Yəni onların mübarizəsində ideoloji qarşıdurma vəziyyəti yoxdur. Burada sadəcə olaraq, müəyyən mənada maraqlar toqquşur. Rusiya Qərblə üzbəüz dayandıqda görürük ki, onların gücləri bir-birinə adekvat deyil. Bir tərəf həddən artıq güclüdür, digər tərəf, Rusiya isə nüvə dövləti olmasından çıxış edərək, daha çox özünün təsir və təzyiq elementlərini işə salır. Ona görə indi soyuq müharibədən danışmaq hələ tezdir. Amma onun müəyyən elementləri də var. Lakin bu vəziyyətin özü də nəticə etibarı ilə dünyadakı geopolitik vəziyyətə təsirsiz qalmır”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600