“Spayka” böhranı BÖYÜYÜR: Sərhəddə 450 yük maşını SAXLANILDI

media-hightechnic-468x90

Bir müddət əvvəl Rusiya hüquq-mühafizə orqanlarının heç bir əsas olmadan Ermənistanın “Spayka” şirkətinə məxsus yüzdən çox yük maşınını saxlaması barədə məlumat vermişdik.

Yenicag.az xəbər verir ki, sözügedən məsələyə dair “Past” qəzetinə yeni məlumatlar daxil olub.

Məlum olub ki, təkcə “Spayka” deyil, həm də Rusiyaya məhsul ixrac edən təxminən 50 şirkətin yük maşınları da bloklanıb. Ümumilikdə söhbət təxminən 450 yük maşınından gedir. Mənbələrin bildirdiyinə görə, bu maşınlar çox vaxt heç bir səbəb göstərilmədən, bəzən isə formal bəhanələrlə Yuxarı Lars sərhəd-keçid məntəqəsində saxlanılır.

Nəticədə, həmin şirkətlər böyük ziyana məruz qalır. Təkcə yük maşınlarının dayanması üçün onlar gündəlik təxminən 100 dollar ödəməli olurlar. Bundan əlavə, bəzi maşınlarda tez xarab olan məhsullar da var ki, bu da əlavə zərər yaradır.

Ekspertlər yaranmış vəziyyəti bir neçə amillə izah edirlər. Bunların bir qismi Ermənistanın müvafiq dövlət qurumlarının, yumşaq desək, səmərəsiz fəaliyyəti ilə bağlıdır. Digər tərəfdən isə məsələ ciddi xarici-siyasi çalarlar daşıyır. Xüsusilə qeyd olunur ki, baş verənlər Ermənistanın xarici siyasətdəki kəskin dönüşlərinə cavab ola bilər.

Xatırladaq ki, son vaxtlar Rusiya mediası, ekspertlər, eləcə də bir sıra rəsmi şəxslər, o cümlədən Baş nazirin müavini Aleksey Overçuk bu barədə açıq mətnlə xəbərdarlıq ediblər.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa