!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Spirtli içki qəbul edənlər qaraciyər sirrozu olur?

!Reklam – Yazi

“Hər 100 adamdan 10-20 nəfərinin sirroz olması üçün insan on ildən artıq müddətdə mütəmadi olaraq hər qəbulda 80 qramdan artıq 40 faizli spirtli içki qəbul etməlidir”.

Bu sözləri uzun müddət spirtli içkilərdən istifadənin qaraciyərə dağıdıcı təsiri, xüsusən ölümə sürükləyən sirroz törətməsinə dair fikirlərə münasibət bildirən tibb elmləri doktoru, professor Musa Qəniyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun müddət spirtli içki qəbul edən insanın mütləq qaraciyər sirrozu olması ilə bağlı mövcud olan yanaşma doğru deyil:

“Mövcud insan populyasiyasında spirtli içkilərin yüksək dozada uzun illər boyu mütəmadi qəbulu, yalnız 10-20 faiz nisbətdə sirroza səbəb olur. Yəni hər 100 nəfərdən 10-20 nəfəri bu bəlaya mübtəla olur. Burada alkoqolun miqdarı, fərdin cinsi, orqanizmin genetik, metabolitik və yaş xüsusiyyətləri, həmçinin bədən kütləsi indeksi də əsas risk faktoru sayılır. Adətən hesab olunur ki, xüsusi narahatlıq doğuran hal qəbul olunan alkoqolun miqdarıdır. Əslində, qəbul olunan alkoqolun ümumi miqdarı spirtin orqanizmdəki mütləq miqdarını əks etdirmir. Hər 100 adamdan 10-20 nəfərinin sirroz olması üçün insan on ildən artıq müddətdə mütəmadi olaraq hər qəbulda 80 qramdan artıq 40 faizli spirtli içki qəbul etməlidir. Bu miqdar 230 qramdan artıq olarsa və zamanında digər xəstəliklərdən ölüm baş verməzsə, 20 ildən sonra sirrozun başvermə ehtimalı 50 faiz olur”.

Gülşən Şərif

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv