Statistika həyəcan təbili çalır: Turist axınındakı durğunluğun əsl səbəbi nədir?

media-hightechnic-468x90

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalma deməkdir. Rəsmi statistika turizm axınında müəyyən durğunluğun yarandığını göstərir.

media-banner_tkm

Mövzu barədə Yenicag.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, turist axınının zəifləməsi daha çox beynəlxalq vəziyyətlə bağlıdır və bu tendensiya yaxın dövrdə də davam edə bilər:

“İnsanlar hazırda təyyarə ilə hər hansı bir ölkəyə, xüsusilə də ərəb ölkələrinə səfər etməkdən çəkinirlər. Regionda qeyri-sabitlik, hava məkanında yaranan çətinliklər və təhlükəsizliklə bağlı risklər səyahət planlarına birbaşa təsir göstərir. Bu vəziyyət Hindistan və digər bölgələrdən gələn, eləcə də ərəb turistlərin sayında mütləq azalmaya səbəb olacaq”.

Millət vəkili qeyd edib ki, burada əsas məsələ turizm sektorunun daxilindəki problemlər deyil, daha çox xarici faktorların təsiridir:

“Bu problem hər hansı bir turizm strukturunun fəaliyyəti ilə bağlı deyil. Söhbət daha çox qlobal və regional təhlükəsizlik məsələlərindən gedir. İnsanlar risk olan istiqamətlərdən uzaq durmağa çalışırlar və bu da ümumi turizm axınına təsir edir”.

Fazil Mustafa hesab edir ki, mövcud şəraitdə əsas diqqət turizm infrastrukturunun gücləndirilməsinə yönəldilməlidir:

“Beynəlxalq vəziyyət sabitləşənə qədər ölkə daxilində turizm üçün lazım olan bütün infrastrukturun qurulması və xidmət keyfiyyətinin artırılması vacibdir. Bu, gələcəkdə turist axınının bərpası üçün ciddi zəmin yarada bilər”.

O əlavə edib ki, hazırkı dövrdə alternativ bazarların araşdırılması, yeni turizm marşrutlarının təşviqi və ölkənin təhlükəsiz turizm məkanı kimi imicinin gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Ekspertlər hesab edir ki, qlobal risklər azaldıqdan sonra bu istiqamətdə atılan addımlar Azərbaycanın turizm sektorunun daha sürətli bərpasına imkan verə bilər.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05