!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Stereotiplərdən uzaqlaşmalıyıq" - Hadi Rəcəbliyə etiraz  

!Reklam – Yazi

Bir neçə dəfə müəllimlərin ünvanına xoşagəlməz fikirlər səsləndirən Milli Məclisin deputatı Hadı Rəcəbli yenə öz ampluasındadır. Belə ki, o, mətbuata açıqlamasında, “guya müəllimlər səhər 9.00-da məktəbə gedib, axşam 6-ya qədər işləyirlər?” deyərək, yenidən müəllimlərə sataşıb.

Yenicag.az-a açıqlamasında “Azad müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü Hadı Rəcəblinin yuxarıda qeyd edilən sözlərinin inzibati metoda söykəndiyini və işin gedişinə heç bir faydalılıq əmsalı gətirmədiyini diqqətə çatdırdı:

“Məsələ ondadır ki, müəllimin dərs yükü var. Ona görə dərs saatlarında sözsüz ki, müəllim məktəbdə olmalıdır. Bu mənada dərs saatından kənar müəllimin məktəbdə qalması faydalılıq əmsalı baxımından heç də işin xeyrinə deyil. Müəllim dərs saatını bitirdikdən sonra sabahın dərsinə hazırlaşmalıdır. Bizim müəllimlər isə sabahın dərslərinə ancaq evdə hazırlaşırlar. Əslində, məktəbin işi evə götürülməməlidir. Bu, sovetlərdən qalma bir ənənədir. Sadəcə, dərs saatı bitdikdən sonra, məktəbdə qalıb, bir neçə saata sabahkı dərsə hazırlıq planını başa vurmaq olar. Yoxsa, dərs saatının olub-olmamasına baxmayaraq, səhər saat 8-də gəlib, axşam saat 6-ya qədər məktəbdə qalmaq inzibati metod olaraq, doğru yanaşma sayıla bilməz. Müəllim dərsdən sonra şəxsi iş planını özü müstəqil olaraq müəyyənləşdirməlidir. İndi tətildir. Lakin buna baxmayaraq, əksər məktəblərdə müəllimlər yenə də səhər 9-da işə gəlib, saat 2-yə qədər orada olur. Ancaq faydalı iş əmsalı ortada yoxdur. Bu fonda müəllimlər təhsildən başqa hansı mövzuda istəsən söhbət aparırlar. Ona görə də Hadı Rəcəblinin sözügedən fikirləri qətiyyən doğru yanaşma sayıla bilməz. Onun bu fikirləri inzibati amirlik metoduna söykənir. Bu stereotiplərdən uzaqlaşmalıyıq”.

ELÇİN

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv