Stilist Orxanı öldürənin kimliyi məlum oldu

media-hightechnic-468x90

Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600