Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Su kanalının yaxınlığında raket aşkarlandı - FOTO

Xızıda su kanalının yaxınlığında 72 mm-lik 9M36 raketi aşkarlanıb.

Bu barədə Yenicag.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dən (ANAMA) məlumat verilib.

2019-cu il 26 Sentyabr tarixində saat 11:40-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yaşma kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) aşkar olunub, daşınması təhlükəli olduğu görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.

Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Loading...

www.yenicag.az

597
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100