Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Süleymaninin öldürülməsi nefti bahalaşdırdı

İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.

Yenicag.az xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barrelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barrelə bərabər olub.

www.yenicag.az

581