!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sülh kəsişməsi”, yoxsa İrəvanın növbəti HİYLƏSİ? – “Yalnız manipulyasiya xarakteri daşıyır”

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyi gündən bəri qeyri-sabit siyasətçi kimi tanınıb. Eyni məsələ ilə bağlı bir gün fərqli, ertəsi gün tamamilə başqa bir mövqedən çıxış edən Paşinyan müxtəlif geosiyasi oyunlara qoşularaq ölkəsini daha da çətin vəziyyətə salır. Azərbaycanla sülhdən danışmasına baxmayaraq, eyni zamanda, sürətlə silahlanmağa çalışması və ölkəsini müxtəlif xarici qüvvələrin təsiri altına salması Ermənistanın müstəqillik anlayışını şübhə altına alır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos İqtisadi Forumunda çıxışı zamanı irəli sürdüyü “Sülh kəsişməsi” ideyasının pərdəarxası məqamlarını izah edib.

V. İskəndərov diqqətə çatdırıb ki, bu gün Ermənistan ərazisi faktiki olaraq müxtəlif xarici güclərin nəzarəti altındadır:

“Ölkənin bir hissəsində ABŞ və Avropa ölkələrinin keçmiş kəşfiyyatçıları, diplomatları və NATO ilə əlaqəli şəxslər fəaliyyət göstərir. Digər tərəfdən, Rusiya hərbi bazalarının hələ də ölkədə qalması, eləcə də İran kəşfiyyatının bölgədə aktiv olması Ermənistanın xarici qüvvələrin oyuncağına çevrildiyini göstərir. Bu vəziyyət Ermənistanın real müstəqilliyindən danışmasını tamamilə gülünc edir”.

Milli Məclisin deputatı əlavə edib ki, son dövrlərdə Paşinyan daha da absurd bəyanatlarla çıxış edir:

“O, “Sülh kəsişməsi” adlandırdığı və heç bir məntiqə sığmayan layihəsindən danışır və bu ideyanı Davosda əsaslandırmağa çalışır. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan olmadan Cənubi Qafqazda heç bir ciddi iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı və qlobal siyasətdəki rolu onu regionun əsas oyunçusuna çevirib. Ölkəmizdən keçən tranzit yollar və enerji kəmərləri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika habına çevrilməsinə səbəb olub”.

“Ermənistan isə tam əksinə, özünü regionun dalana dirənmiş ölkəsinə çevirib. Bunun əsas səbəbi isə Ermənistanın müstəqillik qazandığı ilk illərdən etibarən işğalçılıq və terror siyasəti yürütməsidir. Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və qonşularına qarşı torpaq iddiaları aparması ölkəni indiki çətin duruma salıb. Nəticədə, Azərbaycan uğurlu və rasional siyasət yürüdərək regionun aparıcı gücünə çevrildiyi halda, Ermənistan iqtisadi və siyasi dalana dirənib”, – deyə o, söyləyib.

Həmsöhbətimiz yekunda onu da vurğulayıb ki, Paşinyanın hazırkı siyasəti isə yalnız manipulyasiya xarakteri daşıyır:

“O, Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinə qarşı çıxış edir, lakin bu layihənin təkcə region üçün deyil, dünya üçün də qlobal əhəmiyyət daşıdığı artıq sübut olunub. Ermənistanın buna alternativ olaraq irəli sürdüyü hər hansı layihənin isə iqtisadi və strateji baxımdan heç bir dəyəri yoxdur. Bu, sadəcə olaraq Paşinyanın növbəti siyasi manipulyasiyasıdır”.

Rafi Müslümov

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv