!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsində ÇIXILMAZ VƏZİYYƏT: “Ermənistanın cəhdləri nəticəsiz qalacaq”

!Reklam – Yazi

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində bir çox müsbət irəliləyişlər əldə edilsə də, yaxın aylarda bu müqavilənin imzalanması real görünmür. Sülh müqaviləsinə qədər hələ bir çox mərhələlərdən keçmək lazımdır. Bu prosesin çətinlikləri Ermənistanın bəzi Qərb siyasi dairələrinin, xüsusilə Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinin təsiri ilə Azərbaycanın bəzi tələblərini qəbul etməkdən imtina etməsi ilə bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Analitik Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub. O, bildirib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.

S. Kərimliyə görə, Ermənistanın sülh müqaviləsinə maraqlı olmadığını göstərən ən əsas nüanslardan biri ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının qalmasıdır:

“Ermənistanın bu iddiaları öz ana qanunundan çıxarmadığı halda, ədalətli və dayanıqlı sülhdən danışmaq mümkün deyil. Bu faktı beynəlxalq ictimaiyyət də bilməli və qəbul etməlidir. Son günlərdə Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli hücumları diqqəti cəlb edir. Bu cür yanaşmalarla həmin dairələr, mahiyyəti təhrif edərək, Azərbaycanı əsassız ittihamlara məruz qoymağa və təzyiqlərlə danışıqlar prosesində güzəştlərə məcbur etməyə çalışırlar. Lakin bu hücumlar nə bölgə sülhünə, nə də təhlükəsizliyə müsbət təsir edir; əksinə, ciddi təhdidlər yaradır”.

“Azərbaycan isə yalnız ədalətli tələblər irəli sürür. Ölkənin əsas məqsədi Ermənistanın ərazi iddialarından əl çəkməsi və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsidir. Azərbaycanın hədəfi bölgədə uzunmüddətli rifah və əmin-amanlıq bərqərar etməkdir. Ermənistan və onun havadarlarının təxribat və təzyiqlərinə baxmayaraq, bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan sülhə nail olmaq üçün prinsipial mövqeyindən geri çəkilməyəcək və bölgədə davamlı sabitliyi təmin etmək üçün səylərini davam etdirəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

86
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv