!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsində strateji xətt – “Ən uyğun variant bu yolu tutmaqdır”

!Reklam – Yazi

“Ən uyğun variant mövcud sülh paketinin imzalanmasıdır”.

Bu fikri ABŞ-nin Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün atdığı addımları Yenicag.az-a dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, strateji olaraq ABŞ və Qərb xətti tutulmalıdır.

“Ermənistanla Azərbaycan arasındakı problemin həllinə ABŞ və Rusiyanın fəaliyyətini görürük. Daha mütərəqqi, daha problemsiz, maraqlarını ortaya qoymayan tərəf ABŞ və yaxud Avropa İttifaqıdır. Regionda destruktiv xətt Rusiyadır. ABŞ əgər ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasını ortaya qoyursa, bunun üzərində düşünmək lazımdır”, – deyə o qeyd edib.

O əlavə edib ki, bölgə uğrunda savaşda Rusiyanın destruktiv xəttindən çıxmaq lazımdır.

“Rusiyanın barmağı olduğu yerdə konfliktlər yaratmaq və bunun üzərində dövlətlərə təsir etmək və regionda varlığını təmin etmək məsələsi həmişə olub. İndi buna imkan vermək olmaz. Maraqlarımızın təmin edilməsi üçün Rusiyadan istifadə etmək olar. Ancaq strateji olaraq Rusiyanın qarşısını almaq üçün ən uyğun variant mövcud sülh paketinin imzalanmasıdır”, – deyə o bildirib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv