!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müzakirələrində kənarda qalan Zelenski Türkiyəyə pənah gətirdi: "ABŞ və Rusiya arasında münasibətlərin bərpası..."

!Reklam – Yazi

“Müharibənin tək iki tərəfi deyil, digər dövlətlər də iştirak etməyənə qədər sülhdən danışmaq düzgün olmaz”.

Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri barədə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Yenicag.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, hazırda sülh danışıqlarının getdiyini iddia etmək doğru olmaz:

“Çünki sülhdə əsas tərəfi olacaq bir ölkənin danışıqlardan kənarda qalması ilə aparılan prosesi əsla sülh danışıqları saymaq olmaz. Bu, məsələnin birinci tərəfi. İkinci məsələ ondadır ki, müharibədə iştirak edən iki tərəfin hər ikisi üçillik müharibənin birinci dərəcəli iştirakçılarıdır. İkinci dərəcəli iştirakçıları da mövcuddur. Ukrayna tərəfindən Qərb, Rusiya tərəfindən Şimali Koreya və digər bir neçə ölkə. Onların da masa arxasında olmaması, xüsusən Aİ-nin danışıqlarda iştirakının olmaması sülhün bərpasına şübhə yaradır.

Belə təəssürat yaranır ki, sülh danışıqları yox, ABŞ və Rusiya arasında münasibətlərin bərpası, yaxşılaşdırılması danışıqları gedir. Belə olan halda, Ukrayna artıq bu sülhü başqa yerdə axtarmalı oldu. Şübhəsiz ki, üçillik müharibə dövründə daima sülh mövqeyindən, beynəlxalq hüquq və ədalət mövqeyindən çıxış edən Türkiyəyə üz tutdu. Ona görə də düşünürəm ki, Zelenskinin Türkiyəyə səfəri mümkün sülh prosesi üçün güc balansı formalaşdırmaq niyyəti daşıyır.

Bu balansı qoruyacaq yeganə dövlət kimi Türkiyəni görür. Mən düşünürəm ki, bu, təsadüfi ola bilməz. Nəticə etibarilə söhbət bir xalqın taleyindən gedir. Ona görə də məhz bu gələcəyi təmin etmək üçün Zelenski Türkiyənin nə dərəcədə töhfə verəcəyinin fərqindədir, məhz bu səbəbdən o, qardaş ölkəyə səfər etdi”.

www.yenicag.az

161
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv