“Davam edən sülh prosesi müsbət nəticə verəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı deyib.
Uzun durğunluq müddətindən sonra Azərbaycanla Ermənistan arasında mühüm razılaşmaların əldə olunmasının perspektivdə sülh müqaviləsinin imzalanması ehtimalı barədə fikirlərini səsləndirən analitik sözlərinə görə, Azərbaycanın 5 baza prinsipi üzərinə təklif etdiyi sülh paketinin 17 maddəsi razılaşıdırılıb.
“Yerdə qalan və razılaşdırılması gözlənilən bir neçə maddə var. Hazırda işlər məhz bu məsələlər ətrafında aparılır. Onlar da prinsipial mövzulardır. Çünki Azərbaycan üçün qərb bölgələrindən Naxçıvana maneəsiz keçidin böyük əhəmiyyəti var. Ermənistanın narazılığı da bununla bağlıdır. Sülh müqaviləsindən çıxarılsa da, məsələ öz aktuallığını qorumaqdadır”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az