!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhdən danışmaq, müharibəyə hazırlaşmaq lazımdır - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bu regionda ən çox danışılıb, üzünü görmədiyimiz şey sülhdür.

44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün sözdə çoxlu addımların atıldığını eşitmişik. Moskva, Brüssel, Vaşinqton formatları, daha sonra vasitəçisiz sülh formatı təklif olundu. Ancaq ortada nə sülh var, nə də aylardır onun danışığı. Tərəflər bir-birilərinə yalnız paket göndərməklə məşğuldurlar.

Rəsmi Bakı da aylardır sülh danışığı getmədiyini etiraf edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirir ki, sülh danışıqları ilə bağlı proseslər fiziki görüşlərlə həyata keçirilir, ancaq sonuncu dəfə belə təmas 2023-cü ilin iyul ayında olub. Yəni yarım ildir tərəflər arasında sülh danışığı baş tutmayıb.

2023-cü ilin son aylarında bəzi erməni və azərbaycanlı ekspertlər il bitməmiş sülh müqaviləsi bağlana biləcəyini vurğulayırdılar. O zaman da yazılarımda qeyd edirdim ki, bunun 2023-cü ildə baş tutması mümkünsüzdür. Ceyhun Bayramov jurnalistlərə müsahibəsində: “Düşünürəm, böyük ehtimalla bu görüşlər 2024-cü ildə davam edəcək”, – deyir. Sülh danışıqlarının baş tutması, nəticə verməsi qeyri-müəyyənliklə doludur. Dolayısı ilə sülhdən sadəcə olaraq danışmaq, müharibəyə isə hazırlaşmaq lazımdır.

Ermənistanda ordunun yaranması günü həm iqtidarın, həm müxalifətin, həm də din xadimlərinin mesajları sülhdən daha çox müharibə ilə bağlı oldu. Düzdür, Paşinyan ordunu bir qədər tənqid etdi, peşəkar ordu yaratmaq istədiklərini vurğuladı, ancaq, eyni zamanda, çağırışçıların 50 faizinin ordudan yayındığını bildirdi. Həm peşəkar ordu, həm də çağırışçı?

Paşinyan həm də milyardlarla dəyərində silah alışı ilə bağlı müqavilələrdən danışdı. Düzdür, hər bir ölkənin təhlükəsizliyini qorumaq üçün güclü orduya ehtiyacı var və bunun üçün addımlar atmalıdır. Məsələ ondadır ki, Ermənistan cəmiyyəti revanşist ruhdadır. Misal üçün, hazırda müxalifətdə olan keçmiş “Qarabağ klanı” torpaq iddiasından əl çəkməyib. Maraqlı başqa bir məqam isə dünyada din xadimlərinin humanist, sülhpərvər açıqlamalarını eşidirik, ancaq erməni katolikosu II Qaregin qan tökməyin vacibliyindən danışıb. Bundan əlavə, Ermənistanda bu günlərdə dərsliklərdə Azərbaycan bayrağının rənglərinin olmasını əsas gətirərək mitinq keçirdilər. Qısacası, erməni cəmiyyəti sülhdən uzaqdır.

Bu məsələdə Azərbaycan cəmiyyəti xeyli humanist, ürəyiyumşaqdır. Bizdə hətta şəhid ailələri belə “analar ağlamasın” deyib müharibəni pisləyir. Əslində, qınamıram. 31 Mart soyqırımı zamanı qətlə yetirilimişlərin məzarlığı üzərində Kirov parkı salınıb, orada əylənən, toy şəkillərini çəkdirən xalqdı. Deyəcəklər ki, bəs SSRİ qorxusu? SSRİ məcbur edirdi ki, gedib orada şəkil çəkdirəsən? Digər xalqlar da SSRİ-nin tərkbində olub, onlar niyə bu qədər çirkinləşməyib, xoş gəlsin deyə işlər görməyib? Bəzən deyirlər ki, 1937-ci ildə Azərbaycan xalqının qaymaqlarını sürgün ediblər, güllələyiblər. Bu təkcə azərbaycanlılara qarşı olub? SSRİ öz ruslarını digər xalqlardan daha çox qırıb, daha çox sürgün edib. Nə oldu, onlarda yenidən doğuldu, bizdə yox? Fikir vermisiniz(?), biz 37 üçün daha çox şairlərimizi ağlayırıq, ruslar alimlərini, filosoflarını, dövlət adamlarını ağlayırlar. Mövzudan kənar olsa da, bunları yazmaq yerinə düşər. Müharibədə can qoyanlar aya 80 manat alır, müharibədən şeir, mahnı yazanlar bahalı həyat yaşayırlar. Avropa Şurası Azərbaycanda eyni cinsli nikah, LGBT ilə bağlı şərtlər qoyurmuş və bizim deputatlar buna qarşı çıxırmış. Məzələnirsiniz? Adına mavi ekran dediyiniz üçündür, nədir, ekranları mavilər bəzəyir, fahişələr Xalq artisti olur. Etiraz etmək yerinə çıxıb deyə bilmirsiniz ki, bizdə geylər, lezbiyanlar, fahişələr daha yaxşı yaşayır? Nə isə, bu ayrı yazının mövzusudur. Axına qarşı gedə bilmədiyimizi deyə bilmirik, deyirik, biz sülh istəyirik. Yox bir…

Biz nə istəyirik heç özümüz də bilmirik. Bildiyim bir şey var. Dövlətlə xalqın fikrinin ayrı olması pis yox, əksinə yaxşı haldır. Məsələn, Paşinyan dəfələrlə etiraf edib ki, xalq fərqli düşünür, xalqa bunu həzm etdirmək lazımdır. Ən azı vaxt qazanır. Bizdə isə tam fərqlidir. Xalqa sülh deyirsən, hamı ağ rəngə bürünüb süh quşu – göyərçin olur, müharibə deyirsən, yenə ağ geyinir – kəfənlənir.

Bəzən deyirlər, ancaq neqativ yazırsan. Bu regionda tək pozitiv şey “bir azərbaycanlı, bir erməni və bir gürcü…” ilə başlayan lətifələrdir. Başqa da heç nə…

COP29

www.yenicag.az

1607
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv