Sülhün bir ADDIMLIĞINDA: “Əgər o, zəmanətçi rolunu üzərinə götürsə, sülh mümkün olar”

media-hightechnic-468x90

“İstəyirik ki, imzalanan sülh müqaviləsi uzunmüddətli olsun. Gələcəkdə hakimiyyətlər dəyişəndə bu müqaviləyə yenidən baxılması gündəmə gətirilməsin”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərindən danışıb.

Politoloq bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp həqiqətən də ciddi şəkildə müdaxilə edərsə və qarant rolunu oynamağa çalışarsa sülh sazişini yaxın vaxtlarda imzalamaq mümkün ola bilər:

“Ermənistan konstitusiyası dəyişdirilmədiyinə görə biz hələ ki, sülh sazişini imzalamaq istəmirik. Ermənistanın irəli sürdüyü arqumentlər isə bizi qane etmir. Yəni, Konstitusiya Məhkəməsinin verdiyi rəydə göstərilir ki, Ermənistan Konstitusiyası yalnız Konstitusiyada yazılanlardan ibarətdir. İstinadlar Konstitusiya mətninə aid deyil. Bu fikirlər bizə o qədər də inandırıcı gəlmir. Çünki sabah hakimiyyət dəyişə və yeni Konstitusiya Məhkəməsinin tərkibi tamamilə fərqli rəy ilə çıxış edə bilər”.

Onun sözlərinə görə, əgər bir qədər daha ciddi arqumentlər irəli sürülsə və Tramp da prosesə ciddi şəkildə qoşulsa, zəmanətçi rolunu üzərinə götürsə, yaxın aylarda sülh müqaviləsini imzalamaq mümkün olar:

“Hər halda, Azərbaycan da Tramp da bunu istəyir. Çünki imzalanan hər sülh müqaviləsi onu Nobel Sülh Mükafatına bir addım da yaxınlaşdırır. Görünən odur ki, Trampın əsas arzusu, nə bahasına olursa-olsun, Nobel Sülh Mükafatını almaqdır. İki gün əvvəl Trampla görüşən İsrailin Baş naziri onun artıq növbəti dəfə Nobel Sülh Mükafatına namizəd kimi təqdim olunması barədə məlumat verdi. Hiss olunurdu ki, bu xəbər Trampı çox sevindirdi. Sevinsin, lakin biz də istəyirik ki, imzalanan sülh müqaviləsi uzunmüddətli olsun. Gələcəkdə hakimiyyətlər dəyişəndə bu müqaviləyə yenidən baxılması gündəmə gətirilməsin”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600