Şumaxerin vəziyyəti yaxşılaşır

media-hightechnic-468x90

78980 (1)Xizək sürərkən başından ciddi xəsarət alan Formula-1 yarışlarının məşhur pilotu Mixael Şumaxerin səhhətində müsbət dinamika yaranıb.
Şumaxerin müalicəsi ilə məşğul olan həkim Jan-Fransua Payen son yarım ildə idmançının səhhətində bir qədər irəliləyiş müşahidə edildiyini bildirib. Bununla belə, Şumaxerin müalicə aldığı Qrenobl hospitalının həkimi bərpa prosesinin sürətli olmayacağı barədə də xəbərdarlıq edib. Onun dediyinə görə, belə hallarda sağalmaq üçün adətən bir ildən üç ilə qədər vaxt lazım gəlir.

Xatırladaq ki, Mixael Şumaxer ötən il dekabrın 29-da Alp dağlarında xizək sürərkən yıxılmış və başından ciddi xəsarət almışdı. Hadisəni tədqiq edən müstəntiqlərin bildirirlər ki, qəza anında Şumaxerin sürəti “professional xizəkçi” həddinə çatıbmış.

Qəzadan sonra Formula-1 yarışlarının yeddiqat çempionu beynindəki şişin kiçildilməsi məqsədi ilə tibbi koma vəziyyətinə salınmışdı. Professor Payen hazırda koma vəziyyətindən çıxarılan Mixael Şumaxeri İsveçrədəki evində ara-sıra ziyarət edir. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600