Sumqayıtda FACİƏ – Avtobus qatarla toqquşdu – Ölən var

Sumqayıt şəhərində yük qatarı ilə avtobus toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində baş verib. Nəticədə “Azərbaycan Dəmir Yolları” QSC-nin bir əməkdaşının öldüyü deyilir.

Əraziyə hüquq-mühafizə orqanları və digər aidiyyəti qurum əməkdaşları cəlb edilib.