Sumqayıtda top mərmisi aşkarlanıb.
Yenicag.az ANAMA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin olması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən oktyabrın 7-də Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 07 oktyabr 2017-ci il tarixində davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
www.yenicag.az