“Süpürgəçidən imtahan götürürlər?” – Tural Abbaslıdan İcra hakimiyyətlərindəki kütləvi ixtisarlara REAKSİYA

media-hightechnic-468x90

“Hazırkı prosesdə xalqın, xüsusilə də sosial baxımdan həssas təbəqənin vəziyyəti lazımi səviyyədə nəzərə alınmır”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.

media-tural_abbasli_1760988853

O, son günlər icra hakimiyyətlərində aparılan kütləvi ixtisarların səbəbi ilə bağlı fikirlərini səsləndirib. T.Abbaslı bildirib ki, icra hakimiyyətlərindəki ixtisarlar artıq məlum məsələdir:

“Bu prosesə “optimallaşdırma” adı verilib. Ona görə də icra hakimiyyətlərində və digər qurumlarda kütləvi ixtisarların aparıldığı müşahidə olunur. Bəzi qurumlarda ixtisarlar birbaşa şəkildə həyata keçirilir, bəzilərində isə buna “attestasiya”, “sertifikasiya” və ya müxtəlif imtahanlar adı verilir. Məsələn, yaxın vaxtlarda 80 nəfər süpürgəçinin imtahandan kəsildiyi üçün işdən çıxarıldığı məlumatı yayılmışdı. Bu isə açıq şəkildə anormal haldır. Çünki xadimədən hansı imtahanın götürülməsi sual doğurur”.

İcra hakimiyyətlərinin də bu prosesdən kənarda qalmadığını qeyd edən partiya sədri vurğulayıb ki, optimallaşdırma anlayışı tamamilə yanlış tətbiq olunur:

“Lakin optimallaşdırma, illərlə ömrünü müəyyən bir sahəyə həsr etmiş insanları “imtahan” adı ilə işdən uzaqlaşdırmaq demək deyil. Optimallaşdırma insanların son gəlir mənbəyi olan iş yerindən heç bir əsaslı izahat verilmədən çıxarılması da deyil. Bu yanaşma doğru hesab edilə bilməz. Çünki insanların dolanışıq imkanları məhduddur, alternativ iş yerləri isə kifayət qədər deyil. İşdən çıxarılan insanlara alternativ iş imkanları təqdim olunmur, yeni iş yerləri yaradılmır”.

Tural Abbaslının sözlərinə görə, mövcud vəziyyətdə dövlət əmək bazarında stabilliyi qorumalıdır:

“Belə bir şəraitdə əksinə, dövlətin marağında olmalıdır ki, mümkün qədər çox insanın əməkhaqqı alması və dolanışıq imkanlarının təmin olunması üçün şərait yaradılsın. Təəssüf ki, hazırkı prosesdə xalqın, xüsusilə də sosial baxımdan həssas təbəqənin vəziyyəti lazımi səviyyədə nəzərə alınmır”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05