!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuranın dəstəyi ilə multikulturalizm və tolerantlıq təşviq olundu – Qaxda

!Reklam – Yazi

sam_1523“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi çərçivəsində Qax rayonunda növbəti tədbirini keçirib. Bu barədə məlumatı Azadinform-a İctimai Birlikdən veriblər.
Tədbirdə çıxış edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab etdiyini, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşdığını, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın burada yaşayan hər kəsin doğma yurdu olduğunu vurğuladığını bildirib: “1993-cü ildən sonra milli və dini qrupların spesifik məsələlərinə o zaman ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi. Prezident İlham Əliyevin də bu gün Azərbaycanın mədəniyyətlərarası ünsiyyətin yaranması, dini tolerantlığın qorunub saxlanılması istiqamətində gördüyü bütün işlərin kökündə məhz insani dəyərlər, millətlərarası münasibətlərin formalaşması dayanır. Layihənin məqsədi Azərbaycan yaşayan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsini təbliğ etmək, multikulturalizmin Azərbaycan modelinin vahid vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfələri ictimaiyyətə çatdırmaqdır”.
N.Niftiyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi: “Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə bildirib ki, Ümummilli lider Heydər Əliyev etnik, dini, dil, cins ayrı seçkiliyi salmadan Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səy və bacarıqlarını əsirgəmədi, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi: “Ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan milli və dini qruplara olan marağın artmasına şərait yaratdı. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması, yalnız sosial-mədəni deyil, həmçinin, siyasi əhəmiyyət daşıyırdı. Dövlətin milli siyasəti, təkcə, ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabər hüquqlu inkişafına xidmət edir”.

Tədbirdən sonra çay süfrəsi arxasında müzakirələr davam etdirilib. İştirakçılara Azərbaycanda müxtəlif millətlərin, ayrı-ayrı din mənsublarının dostluq, qardaşlıq şəraitində yaşamasının sosial-fəlsəfi tərəfləri izah olunub, bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların tolerantlığı real faktlar, nümunələrlə diqqətə çatdırılıb.

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv