Sürət həddi əvvəlki vəziyyətə qaytarıldı
Bakının Zığ dairəsi – Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətə – 80 km/saata qaytarılıb.
Bunu açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, Böyükşor – Hava limanı – Bilgəh yolunda isə yol hələ də yaş olduğundan orada sürət həddində dəyişiklik edilməyib.
Qeyd edək ki, bundan öncə hava şəraiti nəzərə alınaraq, Böyükşor – Hava limanı – Bilgəh, Zığ dairəsi – Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Belə ki, yollar üzrə müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib(apa).