!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürət qatarı relsdən çıxdı

!Reklam – Yazi

İsveçrədə sürət qatarı relsdən çıxıb.

Yenicag.az xəbər verir ki, hadisə Bazel şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində Almaniya ilə bu ölkə arasında qatarların hərəkətində fasilə yaranıb.

İçərisində 240 sərnişinin olduğu ICE 373 ekspressi Berlindən İsveçrənin İnterlaken şəhəri istiqamətində hərəkətdə olarkən Bazel mərkəzi vağzalı yaxınlığında ön vaqonlar naməlum səbəbdən relsdən çıxıb. Vağzala yaxınlaşdığına görə sürətini azaldan qatarda qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Bütün sərnişinlər yerli yanğınsöndürənlər tərəfindən təxliyə edilərək Bazel mərkəzi vağzalına gətiriliblər. İlkin məlumata görə, qatar xəttində hərəkət fevralın 19-da bərpa olunacaq.

Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

COP29

www.yenicag.az

2626
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv