Suriya münaqişəsi ilə bağlı danışıqların vaxtı dəqiqləşdi (YENİLƏNİB)

media-hightechnic-468x90

suriyamunaqiseTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya münaqişəsi ilə bağlı danışıqların Astanada yanvarın 23-də keçiriləcəyini bəyan edib.

Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

M.Çavuşoğlu bildirib ki, danışıqlara hazırlıq məsələlərinin müzakirə olunması üçün rusiyalı ekspertlər yanvarın 9-10-da Türkiyədə səfərdə olacaqlar.

Onun sözlərinə görə, əgər Bəşər Əsədin tərəfdarları Suriyada atəşkəs razılaşmasının pozulmasını dayandırmasalar, Astana danışıqları baş tutmaya bilər.

O deyib: “Suriyada atəşkəs sazişinin pozulması faktları qeydə alınır. Bunların arxasında “Hizbulla” silahlıları, dini qruplaşmalar və hökumət qüvvələri dayanır.”

M.Çavuşoğlu qeyd edib ki, İran da Suriya münaqişəsinin həllində qarant ölkə olaraq öz öhdəliklərini yerinə yetirməlidir: “Tehran Suriya hökumətinə və dini qruplaşmalara təzyiq göstərməlidir”.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600