Suriya ordusu Afrinə girməyə hazırlaşır

media-hightechnic-468x90

Əsəd rejimi Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hərbi əməliyyat keçirtdiyi Afrin bölgəsinə ordu yeridəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Suriyanın dövlət kanalı məlumat yayıb. İddiaya görə, Əsəd rejimi PKK/PYD terror təşkilatı ilə razılığa gələrək, Afrinə girməyə qərar verib. Suriya ordusunun bir neçə saat içində Afrinə daxil olacağı gözlənilir. Yerli qaynaqlar rejim gücləri və PKK-nın Hələbin şimalında yerləşən Şeyba qəsəbəsində görüşdüyünü bildirir. Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində aparılan döyüşlər zamanı da Suriya ordusu PKK\PYD terrorçularına kömək etmişdi.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05