Suriya Türkmən Dərnəkləri Federasiyasının rəhbəri Tənzilə Rüstəmxanlının QONAĞI OLDU 

media-hightechnic-468x90

 

Suriya Türkmən Dərnəkləri Federasiyasının rəhbəri Dr. Tarık Sulo Cevizci Azərbaycana səfəri çərçivəsində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının qonağı olub.

Yenicag.az xəbər verir ki, görüş zamanı Suriyadakı mövcud vəziyyət, Suriya türkmənlərinin durumu və gələcək perspektivləri müzakirə edilib.

Millət vəkili Tənzilə Rüstəmxanlı türkmənlərin üzləşdiyi çətinlikləri diqqətlə dinləyib, onların haqlı mübarizəsinə dəstəyini ifadə edib və bu istiqamətdə imkanları çərçivəsində hər zaman dəstək olacağını bildirib.

Görüşün sonunda Dr. Tarık Sulo Cevizci müəllifi olduğu kitabları Tənzilə Rüstəmxanlıya təqdim edib. Millət vəkili jestə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Suriya türkmənləri arasında qardaşlıq bağlarının daha da möhkəmlənəcəyini vurğulayıb.

Qeyd edək ki, bu səfər Azərbaycan ilə Suriya türkmən cəmiyyəti arasındakı tarixi bağların və qarşılıqlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirilib. Dr. Tarık Sulo Cevizci qonaqpərvərliyə görə Tənzilə Rüstəmxanlıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600