Suriyada prezident seçkiləri keçiriləcək - TARİX AÇIQLANDI

media-hightechnic-468x90

Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki , bu barədə Xalq Şurası (parlament) qərar qəbul edib. Prezidentliyə namizədlərin irəli sürülməsi aprelin 19-da başlayacaq.

“26 may çərşənbə gününün Suriyada olan vətəndaşlar üçün prezident seçkiləri günü olmasına qərar verildi. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək”, – deyə parlament iclasında açıqlanan qərarda bildirilir.

Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa