!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriyadakı son gedişat Türkiyənin maraqlarına uyğundur” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Ankaranın əsas niyyəti Suriya kürdlərinin dövlət qurmaq məqsədinin qarşısını almaqdır və bu məqsədə nail olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya və İranın Suriya hökumət qüvvələrinin Mənbicə yolunu “açmaq” israrının Türkiyənin maraqlarına uyğunluğunu, o cümlədən Ankaranın Moskva və Tehranla münasibətlərinə mümkün təsirini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə hesab edir ki, bu gedişatda Türkiyənin maraqlarına zidd olan məqam yoxdur:
“Əslində, indiki şəraitdə Rusiya və İran Mənbicin Suriyanın nəzarətinə verilməsinə çalışır. Burada Türkiyənin maraqlarına toxunan nə ola bilər ki?

Ankaranın əsas niyyəti Suriya kürdlərinin dövlət qurmaq məqsədinin qarşısını almaqdır və bu məqsədə nail olunur. Necə?

Kürdlərin məskunlaşdığı Mənbicin Dəməşqin nəzarətinə keçməsi Ankaranı qayğılandıran “İraqdan sonra Suriyada da kürd dövləti” qurulması məsələsinin qapanması deməkdir.

Yəni Türkiyə hərbi və siyasi güc sərf etmədən həmin problemin həllinə nail olur. Ona görə də deyə bilərik ki, Suriyadakı son gedişat Türkiyənin maraqlarına uyğundur.

Eyni zamanda, bu dalğada Türkiyənin Rusiya və İranla münasibətlərinin korlanması da gözlənilmir”.

A.Zeynalov

COP29

www.yenicag.az

8878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv