Sürücülərə xəbərdarlıq edildi

media-hightechnic-468x90

14517212992927924159_554x360Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır: “Texniki cəhətdən nasaz olan, əsasən şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər”.

K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: “Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır”.

K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.

media-ziraat-728x90

Sürücülərə xəbərdarlıq edildi

media-hightechnic-468x90

1510712_678737042193087_3818992746234458683_n-250x300Bakı şəhərinin küçələrində quraşdırılmış duracaqlarda saxlanılan avtomobillərin sürücülərinə xəbərdarlıq edilir. BŞİH Xüsusi Təyinatlı Avtomobil Nəqliyyatı İdarəsinin adından avtomobillərin şüşələrinə yerləşdirilən yazılı xəbədralıq lövhələrində yazılıb: “Dayanacaq ödənişlidir. Xahiş olunur ödəniş edəsiniz”.

Bu xəbərdarlığın hansı məqsədlə tətbiq edildiyini araşdırmaq üçün XTAİ- ilə əlaqə saxladıq. Sualımızı cavablandıran operator a24.az-a belə bir lövhələrin paylanması faktını təsdiqlədi. İdarədən onu da bildirdilər ki, bu yazılı lövhələr sadəcə olaraq xəbərdarlıq məqsədi daşıyır və heç bir cəriməni nəzərdə tutmur. Bu tədbirin avtomobil sahiblərinin öncədən məlumatlandırılmasına və qanun pozuntularının qarşısını almasınba xidmət etdiyi deyildi.

Qeyd edək ki, BŞİH XTAİ mövcud tələblərə əməl etməyən sürücülərə qarşı “Yol hərəkəti haqqında” AR qanunun 158-1 maddəsinin (dayanma,durma və parklanma qaydalarının pozulması) tələblərini pozduğunuz üçün inzibati xəta protokolu tərtib edərək, avtomobili cərimə meydançasına aparırır. Cərimənin məbləği isə 20 manat təşkil edir.

Sözügedən məsələni şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, xəbərdarlıq lövhələrinin paylanması daha çox maarifləndirici xarakter daşıyır: “Yol hərəkəti qaydalarında parlanma yeri üçün 5×15 lövhəli xüsusi nişan var. Həmin lövhəciyin altında da nömrələr yazılır. Bu, beynəlxalq yol hərəkətində tətbiq olunan nişandır və ödənişlidir. Azərbaycan dilini bilməyən adam həmin xəbərdarlıq lövhələrini oxumaqda çətinlik çəkə bilər. Ancaq beynəlxalq yol hərəkəti qaydalarından başı çıxan adam parkinn nişanının altında 7.8 lövhəciyini görəndə bilir ki, bu ödənişlidir. Tariflər də müxtəlif dillərdə orada yazılıb. Yazılı xəbərdarlıq lövhələri qanunda nəzərdə tutulmasa da qanunvericilik onu qadağan da etmir”.

Lakin Ə.Hüseynov bildirdi ki, parklanma yerlərində saxlanılan avtomobillərə ödəniş edilməməsinə görə cərimə tətbiq edilməsi qanunda nəzərdə tutulmur. “Yol hərəkəti haqqında” qanunun 158-1 maddəsi yalnız dayanma, durma və parklanma qaydalarının pozulmasına aiddir. Ona görə də bu məsələdə sürücüləri çaşdıran məqamlar var.

 

xeberdarliq

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600