Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur.
Yenicag.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda sıxlıq və tıxac müşahidə edilən yerlərin sıyahısını təqdim edib:
1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) sıxlıq
2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq
3. Tbilisi prospekti (Hər iki istiqamətdə,20 Yanvar dairəsi və Şəhər istiqamətində) sıxlıq
4. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) sıxlıq
5. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı,Tbilisi prospekti istiqamətində) nisbətən sıxlıq
6. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq
7. Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,20 Yanvar dairəsi istiqamətində) sıxlıq
8. Şah İsmayıl Xətai prospekti (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısı,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
9. Xaqani küçəsi sıxlıq
10. Əziz Əliyev küçəsi nisbətən sıxlıq
11. Məhəmməd Füzuli küçəsi sıxlıq
12. Mikayıl Useynov prospekti (Neftçilər prospekti istiqamətində) sıxlıq
13. Gülayə Qədirbəyova küçəsi (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Şah İsmayıl Xətai prospekti istiqamətində) nisbətən sıxlıq
14. Mustafa Kamal Atatürk prospekti (Məmməd Araz küçəsi ilə kəsişmədən başlayaraq, Ayna Sultanova heykəli istiqamətində) sıxlıq
BNA-dan bildirilib ki, fevralın 18-i axşam saatlarından paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxt yollarına, eləcə də müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə nəzarət gücləndirilib.
Hərəkətin təhlükəsizliyini təmin etmək məqəsidi ilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:
“Bir daha sürücüləri hərəkətdə olan zaman sürət həddinə əməl etməyə və metereoloji amilləri nəzərə almağa çağırırıq.
Məlumat üçün bildiririk ki, hava şəraiti ilə əlaqədar bütün daşıyıcılara göstəriş verilib. Tapşırılıb ki, (hər hansı bir məcburi məhdudlaşdırma istisna olmaqla) müntəzəm xətt avtobuslarının müəyyən olunan qrafikə və sxemə uyğun hərəkəti təmin edilməlidir.
Onu da qeyd edək ki, pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur”.
www.yenicag.az