!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin DİQQƏTİNƏ! Texniki baxışın qaydaları dəyişir – VİDEO

!Reklam – Yazi

Artıq avtomobil sahibləri istədikləri vaxt texniki baxışdan keçə biləcəklər.

Yenicag.az xəbər verir ki, ARB mövzu ilə bağlı maraqlı sujet hazırlayıb.

Ekspert Elməddin Muradlı mövzu ilə əlaqəda açıqlamasında bildirib ki, avtomobilin tipinə görə il ərzində 2, 3 reqlament var idisə artıq bu ləğv edilib.

“Sürücülər avtomobilini keçən il nə zaman texniki baxşıdan keçiribsə, hansı ay, hansı il. Bu il həmin ay, həmin gün texniki baxışın vaxtıdır”.

Amma istehsal ilinə görə, müəyyən edilən texniki baxış müddəti qaydası öz yerində qalır. Eyni zamanda texniki baxışdan sonra avtomobilin hansı halda olmasından asılı olmayaraq onun istismarı qadağan edilməyəcək.

Ekpertlər deyir ki, elektron talonlar və texniki baxış vaxtının asan ödəniş sisteminə inteqrasiyası özünü doğrultmaya bilər.

“Asan payda elektron kabineti yoxdu. Mobil telefonu DYP-nin Mərkəzi Məlumat Bazasıında yoxdursa, deməli, bu sürücü məlumata ala bilməyəcək. Hər bir sürücünün mobil telefonuna sms vasitəsi ilə məlumat mesaji göndərilə bilər ki, sürücülər nə vaxt texniki baxışın bitdiyini bilsinlər”, – ekspert qeyd edib.

Son texniki müayinə günündən 20 gün sonra kimi sürücüyə vaxt veriləcək. Bu müddət bitdikdən sonra isə cərimələnəcək.

Mütəxəssislərin fikrincə bu yeniliklərlə yanaşı texniki baxışın özəl şirkətlər tərəfindən də edilməsi vacibdir. Bu həmdə dövlət proqramının tərkib hissələrinin biridir.

Ekpert Hüseyn Abdullayev deyib ki, bu yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramında öz əksini tapıb.

“Teniki baxış DYP tərəfindən deyil, özəl qurumlar tərəfindən həyata keçiriləcək. Bu özəl sektor verdiyi qərarlar üzrə məsuliyyət daşıyır”.

Dəyişikliklər yaxın iki ay ərzində qüvvəyə minəcək və bu ildən tətbiqinə başlanılacaq.

 

COP29

www.yenicag.az

3034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv