Sürücülərin nəzərinə!

media-hightechnic-468x90
Bu gün Azərbaycanın bəzi avtomobil yollarında görünüş məhdudlaşacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, fevralın 10-da dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.
media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

77989Bu gün Bakıda əsas yollardan biri bağlanacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin  verdiyi məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından “Suraxanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600