Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlandı

media-hightechnic-468x90

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir.

Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gündüz 4 dərəcəyədək, axşam 8 dərəcəyədək şaxta təşkil edəcək.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600