Şuşadakı Kulinariya Festivalında "Büyükfırat" fərqi - FOTO / VİDEO

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 8-dək davam edəcək festivalda Türkiyə, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İsrail, İtaliya və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri iştirak edir.

Beynəlxalq Kulinariya Festivalına 30 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən Türkiyənin məşhur “Büyükfırat” brendi də qatılıb.

Qonaqların qarşısına xüsusi hazırlanmış pavilyonla çıxan “Büyükfırat” türk mətbəxinin ləziz təamları ilə festival iştirakçılarının diqqətini çəkib.

Pavilyonda, əsasən, Urfa mətbəxi olmaqla, Türkiyənin dünya ləzzətinə çevrilmiş kulinariya örnəkləri nümayiş olunur.

Festival çərçivəsində yeməklərlə yanaşı, ölkələrin maddi və mənəvi dəyərlərini özündə əks etdirən nümunələr də ziyarətçilərə təqdim edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600