!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Süveyş kanalının 2021-ci ildə GƏLİRLƏRİ

Misirdə Süveyş kanalının 2021-ci ildə əldə etdiyi gəlir 6,3 milyard dollara çatıb ki, bu da kanalın tarixində ən yüksək göstəricidir.

Yenicag.az xəbər verir ki, bu barədə kanalın administrasiyasının rəhbəri Usamə Rabia bildirib.

Onun sözlərinə görə, 2021-ci il ərzində kanalın tarixində yeni və görünməmiş rekordlar qeydə alınıb, illik gəliri 6,3 milyard dollara çatıb. Bu, kanalın 2020-ci ildə əldə etdiyi gəlirdən (5,6 milyard dollar) 12,8% çoxdur.

Bundan əlavə, illik xalis tonaj göstəricilərindədə rekord qeydə alınıb – 1,27 milyard tondan çox. Bu rəqəmlər ötən illə müqayisədə 8,5% çoxdur. Ümumilikdə kanaldan hər iki istiqamətdə 20 694 gəmi keçib, 2020-ci ildə 18 830 gəmi olub.

 

 

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100