Sentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə "vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq” açıqlaması da bunu təsdiqləyir.