Eradan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdən ibarət Palıdlı-2 yaşayış məskəni və ondan bir kilometr şimalda olan, çoxtəbəqəli Şomulutəpə yaşayış yerində aparılan yoxlama qazıntılarından əldə olunmuş materiallar, xüsusilə son tunc – ilk dəmir dövrünə aid keramika nümunələri həmin yaşayış məskənləri ilə yaxınlıqdakı Palıdlı nekropolu arasındakı bilavasitə bağlılığı bir daha təsdiq edir