Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunan və ilkin hərbi hazırlığı başa vuran kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin xidmət etdiyi Dövlət Təhlükəsizlik Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı qəbul edib.