Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılıb.
“Bu can Allahın əmanətidir və Allahın əmanətini qoruyun. Bu, bizim borcumuzdur. Bu can əmanətinin necə qorunması barədə də bizdən sorğu-sual olunacaq. Bu mənada insanlarımıza səslənirəm ki, Məhərrəmliklə bağlı tədbirlərə qatılmaq sağlamlığımıza böyük zərbə vura bilər”.