Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.